Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb ölkəsi çalxalanır: Polis hərəkətə keçdi

Etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma yaşanıb.

Livanın paytaxtı Beyrutda polis qüvvələri kütləvi aksiyanı dağıtmaq üçün iştirakçılara gözyaşardıcı qaz tətbiq edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “əl-Mayadin” məlumat yayıb.

Bildirilib ki, hava limanına gedən yolu kəsən və şinlər yandıran etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma yaşanıb.

Olay zamanı molotof kokteli və işıqsaçan qumbaradan istifadə edilib.

“Hökumət qüvvələri gözyaşardıcı qaz və su şırnağı ilə aksiyanı dağıdıb”, – deyə bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...