Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb qadınlar SMS yolu ilə boşana biləcəklər

Ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşana bilməyəcəklər.

Səudiyyə Ərəbistanında qadınlar boşanma haqqında SMS-bildiriş yolu ilə məlumatlandırılacaq. Bundan əvvəl bir çox ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşanırdı. Habelə yanvarın 6-dan qüvvəyə minən müvafiq qanun artıq belə halların qarşısını almağa kömək olacaq.

Din.az xəbər verir ki, bu haqda Bloomberg məlumat yayıb.

“Qanunla boşanma zamanı qadınların bütün hüquqlarının qorunacağına zəmanət verir”, – deyə hüquqşünas Nisrin əl-Həmdi bildirib.

Bu Vision 2030 proqramı çərçivəsində qadın hüquqlarının tədricən genişlənməsi istiqamətində atılmış növbəti addımdır, və şəxsən vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilir.

Daha əvvəl onun təşəbbüsü ilə Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə və idman yarışlarının keçirildiyi arenalarda tamaşaçı qismində iştirakına icazə verilib. Həmçinin son 35 ildə ilk dəfə olaraq qadınlar kinoteatrlara buraxılıb. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...