Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəb qadınlar üçün daha bir qadağaya SON: İlk fürsətdə “şərti” pozdular – FOTO/VİDEO

Qadınlar konsertdə iştirak üçün qoyulan şərtə əməl etməyiblər.

Səudiyyə Ərəbistanı sahzadəsi Muhamməd bin Salman qadınlara rəqs etməmələri şərti ilə ilk dəfə konsertə getmələrinə icazə verib.

Din.az xəbər verir ki, qadınlar misirli pop musiqiçi Tamer Hosninin Ciddədə gerçəkləşən qonsertinə qatılıblar. Konsertdə ümumilikdə 6 min nəfər iştirak edib.

Qadınlar konsertdə iştirak üçün qoyulan şərtə əməl etməyiblər. Musiqinin ritmi ilə oturduqları yerdə oynayan qadınlara xəbərdarlıq edilib.

Biletlərin üzərində “Konsertdə rəqs etmək qəti qadağandır” yazısı isə sosial mediada müzakirə mövzusu olub.

https://a24.az/files/uploads/2018/04/1522741313.mp4?_=1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...