Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəb qadınlara buna da icazə verildi

Səudiyyə Ərəbistanı hakimiyyətinin qanunlarla bağlı növbəti qərarı …

Səudiyyə Ərəbistanında mindən çox qadın bir gün ərzində himayədarın icazəsi olmadan xarici ölkəyə səyahət etmək üçün pasport nəzarəti xidmətindən qeydiyyatdan keçib.

Din.az xəbər verir ki, bu barədə yerli “Al Youm” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda yerli hakimiyyəti qadınların xarici ölkəyə getməsinin sadələşdirilməsi üçün qanuna dəyişikliklər edib. Yeni qanun əsasında 21 yaşına çatmış qadınlar kişi himayədarının (həyat yoldaşı və yaxud kişi cinsindən olan yaxın qohumlarının) razılığı olmadan xaricə getməyə icazə verilib.

Səudiyyə Ərəbistanı hakimiyyətinin bəzi qanunlara dəyişikliklər edilməsi nəticəsində, həmçinin qadınlara onlara cavabdeh kişi cinsindən olan ailə üzvlərinin razılığı olmadan xarici pasport almaq üçün sənəd vermək və pasport almaq hüququ verilib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...