Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib 

II Qaragen: “Ermənilər hər zaman ərəblərin himayəsinə sığınıblar.”

Bütün ermənilərin katalikosu II Qaragen Birləşmiş Ərəb Əmirliklərində səfərdə olduğu zaman Azərbaycan haqqında böhtanlar səsləndirib.

Qaragen tərkibində Dubay kimi böyük şəhərin də yer aldığı Şarja əmirliyininin başçısı Sultan bin Məhəmməd Əl Qasimi ilə görüşüb.

Erməni katalikosu görüş zamanı bildirib ki, XX əsrin əvvəlində Osmanlı imperiyası ermənilərə qarşı soyqırım həyata keçirib: “XX əsrin sonunda isə eyni siyasəti ermənilərə qarşı Azərbaycan həyata keçirib”.

II Qaragen deyib ki, türklərin “soyqırımı”ndan sonra ermənilər hər zaman ərəblərin himayəsinə sığınıblar.

Görüş zamanı II Qaragen Sultan bin Məhəmməd Əl Qasiminin Ermənistana səfərini xatırladaraq ona “Aqarçin” monastır kompleksinin bərpasına göstərdiyi dəstəyə görə təşəkkür edib. (Yeniavaz.com)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...