Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb televiziyasının məşhur jurnalisti: “Azəri deyə bir irq yoxdur…”

“Azərbaycan mənim çox yaxın təqib etdiyim bir ölkədir”.

Din.az bildirir ki, Liviyanın “Al-Ahrar” televiziyasının məşhur jurnalisti, Orta Şərq tədqiqatçısı , politoloq Mahmud Məhəmməd Gök “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Neçə ildir ərəb televiziyasında çalışırsız?

– İki ildir. Ona qədər isə, Türkiyə mediasında çalışmışam.

– Azərbaycan mətbuatı ilə tanışlığınız varmı?

– Bəli, Azərbaycan mənim çox yaxın təqib etdiyim bir ölkədir. Onun torpaqlarını türk torpaqlarından fərqli görməyən, eyni zamanda xalqını da türk xalqından fərqləndirməyən biriyəm.

– Ərəb, yoxsa türk əsillisiz?

– Mən türkəm. Təmiz oğuz türküyəm və bunu özəlliklə deyirəm. Bununla da özümü həm də azərbaycanlı hesab edirəm. Bəzən azərbaycanlılara “azəri” deyə müraciət edirlər. Əslində isə “azəri” deyə bir irq yoxdur. Azərbaycanlılar Türkiyə türkləri ilə eyni irqdən olan türklərdir.

– Bir az öncə qeyd etdiz ki, Azərbaycan mətbuatını yaxından izləyirsiz. Ölkəmizin siyasi durumunu necə dəyərləndirirsiz?

– Mən Azərbaycana təxminən 2014-15-ci ildə Avropa Oyunları zamanı gəlmişdim. Səfərim əsnasında Bakını gəzmək şansım oldu. Hətta Nardarana qədər gedə bildim. Yolda gedərkən qarşıma çıxan kəndlərdəki insanlarla görüşüb, danışdım. Sözün düzü Azərbaycanda olarkən burada keçmişdən gələn türk mədəniyyətinin, dəyərlərinin hələ də davam etdirildiyini və mühafizə edildiyinin şahidi oldum. Hansı ki, Azərbaycanla müqayisədə Türkiyədə həmin dəyərlər itirilməkdədir.

Ölkəni çox təmiz gördüm. İnsanlarını isə bizdən ayırmaq heç ağlıma da gəlmədi. Özümü Bakıda qərib kimi deyil, Türkiyədəki kimi hiss etdim. Adətlərində, xarakterlərində türk xarakteri, türk mədəniyyəti gördüm.

Lakin siyasi və sosial durumu haqda ürəkaçan sözlər deyə bilməyəcəm. Azərbaycanda isə məni ən çox narahat edən – ədalətsizliyin olduğunu gördüm. Yəni məni ən çox bu narahat etdi. Hansı gözəl binanın qarşısında olub onun kimə aid olduğunu soruşduqda, məlum oldu ki, hamısı məmurlarındır. Xalq rüşvətdən çox narazıdır, maaşlar çox azdır. Bir həmkarım var idi. Bir dəfə söhbətimizdə bildirdi ki, xanımı müəllim işləyir və ayda cəmi 100 dollar maaş alır. Ayda bu qədər maaşla necə dolanmaq olar? Halbuki, nefti, qazı olan bir ölkə daha zəngin olmalıdır. Azərbaycanda müxalif jurnalistlərin həbs olunması, televiziya kanallarının bağlanması özünü bir azərbaycalı kimi görən birisi kimi çox narahat məni etmişdi.

Mən əsasən ərəb dünyası və Orta Şərqi araşdırıram. 12 illik jurnalistlik fəaliyyətimdə daha çox ərəblərlə çalışdım. Bu da mənim digər bölgələrdə çalışmayacağım anlamına gəlr. Jurnalistlər dünyalıdırlar, onların irqi yoxdur. Biz hər yerə eyni gözlə baxan insanlarıq. Ədalət və doğruluq bizim üçün çox önəmlidr. Biz hər zaman həqiqəti yazmaq məcburiyyətindəyik.

– Türkiyə mətbuatı nə qədər azaddır?

– Avropa ilə nisbətdə o qədər də azad deyil, təzyiqlər olur. Ciddi təzyiqlər olmasa da, ara-sıra müşahidə olunur. Lakin Azərbaycan, İranla nisbətdə, bəli, azaddır.

– Bəs ərəb mediası?

– Ərəb dünyasında isə demokratiya, demokratik bir ölkə yoxdur. Nisbətən fərqli ölkə Tunisi göstərə bilərik. Lakin bu ölkədə də demokratiya azdır. Burada da demokratiya ölkə müstəqillik qazandıqdan sonra yaranmağa başladı. Ərəb dünyasında sultan rejimi var, rəhbərlik atadan oğula keçər, nəinki səsvermə yolu ilə. Burada rəhbələr ya çeviriliş yolu ilə, ya da uydurma seçimlərlərlə vəzifəyə gəlir. Yəni, ərəb ölkələrinin 95 faizi bu vəziyyətdədir. Müxalifətin olmadığı yerdə təbii ki, vəziyyət çətin olur. Ərəb ölkərində müxalifət görünmür, zülm ya da basqı görünür. Azadlıq görmək istəyənlər ya zülm görür, ya da öldürülür.

– Bəs Azərbaycandakı müxalifəti necə dəyərləndirərdiz?

– Güclü bir müxalif səs eşitmədik. Və yaxud bilmirik sizdə müxalifət başqanı varmı, varsa kimdir və sairə. Amma ara sıra sizin qəzetin bir qədər sərt yazılar dərc etdiyini eşitdik. Bu çox önəmlidir. Əgər bir ölkədə müxalifət susdurulubsa, deməli orada şikayət var.

– Azərbaycanın Dağlıq Qarabağ problemi haqda nə deyərdiz?

– Qarabağ işğal edildiyi zaman Azərbaycana heç kim dəstək verməmişdi. O cümlədən də Türkiyə tərəfindən. Ola bilsin ki, hansısa siyasi vəziyyətlə bağlı güclü dəstək verməkdən çəkinilib. Qarabağ türk torpağıdır, bu adından da bəllidir. Qarabağ türk ismidir və bütün dünyaya belə tanıdılmalıdır. Fikrimcə, Azərbaycan mediası daha çox çalışıb Qarabağın işağal olunduğunu düyaya car çəkməli, çatdırmalıdır. İnanıram ki, sonda Qarabağ Azərbaycana qaytarılacaq.

– Orta Şərqlə bağlı proqnozlarınız necədir?

– Yaxın zamanlarda Orta Şərq bir qədər də qarışacaq. Ərəb xalqları artıq zülm edən krallıqları istəmir. Xalq ayağa qalxdı, amma bacarıqlı olmadı. Mənə görə onlar yenidən ayağa qalxacaq və küçələrə axışacaq. Qeyd etdiyim ki, burada insanlar küçələrdə dilənir, fikirlərinə görə təzyiq olunur, hətta edam edilir, qadınlara avtomobil sürmək qadağan edilir, hicab məcburiyyəti var və sairə. Bütün bunlar ona gətirib çıxaracaq ki, insanlar haqsızlıqlara görə küçələrə çıxmağa qərar verəcək, demokratik qurtuluş əldə edəcəklər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...