Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb turistləri kimlər əvəz edəcək? – VİDEO

“Hansı ölkələrdən Azərbaycana turistlərin gəlməsini istəyərdiniz?”

Azərbaycanın gözəlliyi dillərə dastandır. Elə bu gözəlliyi görmək üçün ölkəmizə kifayət qədər turist üz tutur.

Doğma diyarımız qitənin hər bir yerindən gələn insanları qəbul etmək gücündədir. Buna başlıca səbəb insanlarımızın qonaqpərvərliyidir.

Qonaqpərvər xalqımıza da “Hansı ölkələrdən Azərbaycana turistlərin gəlməsini istəyərdiniz?” sualını verdikdə maraqlı cavablar aldıq. Bəziləri keçmiş xatirələrini yada saldı, bəziləri isə gələcək arzularını dilə gətirdi.

Ekspertlərimiz ölkəmizə son zamanlar gələn turistlərin daha çox Rusiyadan və ərəb ölkələrindən olduqlarını deyir.

Azərbaycan Turizm Assosiayasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, İndoneziya, Çin və Hindistan kimi ölkələrin də Azərbaycana xüsusi marağı var.

Ölkə vətəndaşlarının istirahət üçün daha çox Türkiyə və Rusiya kimi ölkələrə üz tutduğunu deyən Müzəffər Ağakərimov bildirib ki, bu, daha çox dil probleminin olmamasına görədir. / Oxu.az

Baku.TV-nin turizmlə bağlı hazırladığı reportajı təqdim edirik:

//baku.tv/az/watch/2826/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...