Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb turistlərlə bağlı PROBLEM – Qaydaları pozanlar CƏRİMƏLƏNİR?

“Hazırda ölkəmizə gələn turistlərlə bağlı böyük şikayətlər yoxdur”.

Xaricdən gələn turistlərin ölkədə qanuna zidd hərəkətlər etməsi son günlər aktual mövzulardan birinə çevrilib.

Din.az-ın xəbərinə əsasən, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib ki, hazırda ölkəmizə gələn turistlərlə bağlı böyük şikayətlər yoxdur:

“Bu məlumatları daha çox sosial şəbəkələrdən eşidirik. İstirahət obyektlərində, şəhərin mərkəzində turistlərin etdikləri hərəkətlərlə bağlı bizə demək olar ki, şikayət daxil olmur. Azərbaycan vətəndaşına şamil olunan bütün cərimələr xarici vətəndaşa da şamil olunur. Başqa ölkədə bununla bağlı turizm polisləri təyin edilib. Bizdə isə turist üçün ayrıca bir cərimə yoxdur. Hələ ki, bununla bağlı plan nəzərdə tutulmur”.

“Baku Travel and Tourism” şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, bu hallar daha çox ərəb turistlərlə bağlı olur:

“Turistlərlə bağlı şəhərdə turizm informasiya mərkəzləri var. Burada təhlükəsizlik, oteli ziyarət etmə, nəqliyyatdan istifadə qaydaları onlara bildirilir. Bu qaydaları aşarlarsa, onlara xəbərdarlıq olunur. Elə hallar olur ki, problem polis idarəsinə qədər uzanır. Amma çalışırıq ki, heç bir turist ölkəmizdən pis fikirlə ayrılmasın. Bilirsiniz ki, bu hallar daha çox ərəb tiristlərlə bağlı olur. Həmin turistlərlə bağlı otellərdə böyük problemlərlə – otel şəraitindən tutmuş, hər hansı bir əşyanın oğurlanmasına kimi faktlarla qarşılaşırıq. Belə olan halda onlar müəyyən qədər cərimə olunur, nəsə olarsa, polisə məlumat verilir. Amma kütləvi xarakter daşımır. Onları məqsədi ölkəmizdə xaos yaratmaq deyil. Sadəcə turistin bilmədiyi qaydalar ola bilər. Bizim də borcumuz odur ki, turistləri o qaydalarla tanış edək”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...