"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
80223A49-C143-4133-A814-F05969D5118F_cx0_cy4_cw0_w987_r1_s_r1

Ərəbistan Amerikanın əməkdaşlığından narazıdır

Share Button

Yəmənlə əlaqədar əməliyyatlar Səudiyyə Ərəbistanı üçün zərərə doğru gedir

Amerikada Səudiyyə Ərəbistanının lobbi təşkilatı olan “Saprak”ın rəisi Salman əl-Ənsari bildirib ki, ölkəsi Amerikanın Yəmən müharibəsi fonunda Ərəb-Səudiyyə koalisiyasına kəşfiyyat məlumatı ötürməsindən razı deyil.

“Din.az” bildirir ki, “nur-az.com”un “FarsNews”a istinadən verdiyi məlumatına əsasən, Səudiyyə Ərəbistanının Yəmənə hücumundan bir ildən çox keçməsinə baxmayaraq, Amerika ilə əməkdaşlıq edən Ərəb-Səudi koalisiyasının yayımladığı hərbi əməliyyat hesabatları göstərir ki, bu əməliyyatlar nəinki rəsmi riyazı hədəflərinə çatdırmayıb, əksinə gündən günə bu müharibə Səudiyyə Ərəbistanı üçün daha çox zərər gətirir.

CNN kanalının veb səhifəsində yayımlanan S.əl-Ənsarinin sitatında bildirilir ki; Yaxın günlərdə Yəmən barədə gözlənilməz xəbərlərin yayımlanacağı gözlənilir.

O, Küveytdə Yəmən tərəflərilə aparılan dialoqa işarə edərək deyib: “Hərbi hücumlar davam etdirilməklə yanaşı, yeni versiyalar fikirləşmək lazımdır”.

O deyib: “Hazırkı şəraitdə, Yəmən böhranının həll yolu nə siyasidir, nə də hərbi. Əksinə, kəşfiyyat məlumatları yolu ilə həll olunmalıdır. Ərəb-Səudi koalisiyası kəşfiyyat məlumatlarının həcminin artırılması üçün Amerikaya təzyiq göstərməlidirlər”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top