Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRƏBİSTANDA İNQİLAB: “MÜLAYİM İSLAM”A KEÇİD BAŞLADI

“Bütün dinlərə və dünyaya açıq olan mülayim islam ölkəsinə çevriləcəyik”.

Mülayim islama geri dönürük.

Din.az xəbər verir ki, bunu Ər-Riyadda keçirilən konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səud söyləyib.

“Əvvəldən olduğumuz hala geri dönürük. Bütün dinlərə və dünyaya açıq olan mülayim islam ölkəsinə çevriləcəyik. Həyatımızın gələcəkdəki 30 ilini dağıdıcı fikirlərlə məşğul olaraq keçirməyəcəyik. Onları bu gün yox edəcəyik. İfratçılığı tezliklə sonlandıracağıq”, – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...