Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəbistanlı aparıcı geyim qanunlarını pozduğu üçün ölkədən qaçdı – VİDEO – FOTO

Paltar ölkənin geyim qaydalarına zidd olduğuna görə istintaq işi başladılıb.

Səudiyyə Ərəbistanında aparıcı geyim qanunlarını pozduğu üçün günahlandırılıb.

Din.az xəbər verir ki, ərəbistanlı aparıcı Shereen Al-Rifaie qadınların avtomobil sürməsi üçün qoyulan qadağanın aradan qaldırılmasıyla bağlı xəbər hazırlayarkən özü xəbər başlığı olub.

Aparıcının xəbər zamanı geyindiyi paltar ölkənin geyim qaydalarına zidd olduğu iddiasıyla ölkənin səlahiyyətli şəxsləri tərəfindən barəsində istintaq başladılıb. Aparıcı isə rəsmi şəkildə istintaqın başladılmasından sonra ölkəsindən qaçıb.

Səudiyyə Rabitə Nazirliyi və Görüntülü Media Komissiyası isə qadın aparıcı haqqında intizam tədbirləri görəcəyini bildirib.

Sosial mediada yayılan görüntülərdə qadın aparıcının qabağı açıq ağ, uzun libas geyindiyi və altdan geyindiklərinin göründüyünü müşahidə edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...