Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Kəbə bizim qibləgahımızdır, zaman təyin etmə yeri deyil…”

Mehmet Görmez: Kəbə bizim qibləgahımızdır…

mehmet-gormez_8262Türkiyənin Diyanət İşləri naziri Prof.Dr.Görmez, İslam ölkələri arasında təqvim birliyinin təmin edilməməsi haqqında açıqlama verib.

Aralarında Tükiyənin də olduğu İslam ölkələrinin bəziləri Ramazan bayramına iyulun 5-də girdiyi halda, bəzi ölkələr isə bayramın ilk gününü dünən qeyd edib.

“Din.az” xəbər verir ki, Diyanət İşləri naziri Prof.Dr.Mehmet Görmüz mövzu ilə bağlı verdiyi açıqlamada İslam aləminin və Türkiyənin bayramını təbrik edib, Giresunda meydana gələn helikopter qəzasında həyatını itirənlərə rəhmət diləyib.

“Bütün İslam aləmində illərdir müzakirə edilir…”

Görmez, müsəlmanların Ramazana birlikdə başlaması, bayramları birlikdə qeyd etməsi məsələsinin təəssüf ki, illərdir bütün İslam aləmində müzakirə edildiyini söyləyib. Bugünə qədər mövzu ilə bağlı 2-si İstanbulda olmaqla 7 böyük konqresin keçirildiyini bildirən Görmez, bu konfranslarda bütün İslam alimlərinin ortaq bəyanatda olduqlarını ifadə edib.

Ortaq təqvim vurğusu…

Görmez, İslam alimlərinin dünyanın hər tərəfində yaşayan müsəlmanların eyni sevincdə görüşməsini vacib bildiklərini və əvvəlcədən hazırlanmış bir təqvim olmasının vacibliyini söyləyib. Ortaq təqvimin müsəlmanlar üçün zərurət kəsb etdiyini deyən Görmez, müsəlmanların sadəcə Ərəbistanda yaşamadığını qeyd edib. Görmez, daha sonra fikirlərinə belə davam edib:

“Kəbə bizim qibləgahımızdır, zaman təyin etmə yeri deyil…”

“Kəbə bizim qibləgahımızdır, zaman təyin etmə yeri Hilaldır, səmadır. Allahın kainat üçün göndərdiyi ayələridir. Kəbənin, Məscidi-Nəbəvinin, həcc ibadətinin rəhbərliyinin bir ölkədə olması Allahın kainatda yerləşdirdiyi qanunları və qaydaları dəyişdirəcəyimiz mənasına gəlmir”.

“Bu mübahisə sadəcə bir Hilal mübahisəsi deyil…”

Bu müzakirənin sadəcə bir hilal müzakirəsi olmadığını bildirən Görmez, “Bu, Allahın kitabla, insanlara göndərdiyi ayələrlə kainata göndərdiyi ayətlər arasındakı əlaqəni anlamaqla bağlı bir müzakirədir” deyə ifadələrini işlədib.

“Biz əlimizdən gələn hər cür səyi göstərməyə davam edəcəyik…”

“Allahın günəşə və aya yerləşdirdiyi hesabı heçə sayaraq hərəkət edə bilmərik” deyən Görmez, bunları deyib:

“Yenidən ixtilafa düşmüş olması bizi əsla ümidsizliyə sövq etmir, əksinə səylərimizi artıraraq Yer üzündə bütün müsəlmanların Ramazana və bayrama birlikdə başlamaları, zamanı, vaxtın idarə edilməsini birlikdə həyata keçirilməsi üçün biz əlimizdən gələn hər cür səyi göstərməyə davam edəcəyik”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...