Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəblər Bakı OTELLƏRİNİ alır

Ərəb investorları Bakının mərkəzində olan binalar maraqlandırır.

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və otellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanır.

Din.az bildirir ki, başlıca olaraq təkliflər Qətər və İraq vətəndaşlarından daxil olur, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır.

“Onlar öz turistlərinə otellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir.

Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi otellər artıq satışa çıxarılıb”, – deyə Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin otellərin adlarını açıqlamaq istəməyib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...