Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərəblər Bakıda bunu da etdi: Pul qarşılığında azərbaycanlı oğlanlar … – VİDEO

Azərbaycanlı gənclər ərəbləri kağız parçaları ilə sərinlətdilər.

Sosial şəbəkələrdə maraqlı görüntü yayılıb.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Bakının “Tarqovı” kimi tanın Nizami küçəsində çəkilən videoda 2 azərbaycanlı gəncin ərəbləri pul qarşılığında əllərində tutduqları qalın kağız parçaları ilə sərinlədikləri iddia edilir. Məlumata görə, onlar bu xidmət qarşılığında 10 dəqiqə üçün 5 manat, yarım saat üçün isə 10 manat tələb edirlər.

“Azərbaycanlılar artıq pul qazanmağın yolunu tapıblar” deyən hadisə şahidi, çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Sosial şəbəkə istifadəçiləri bu görüntülərə sərt reaksiya veriblər. Onlar 2 gəncin etdiyini alçalmaq kimi qiymətləndiriblər. “Biabırçılıqdır. Özlərinə hörmət etmirlər” şərhləri çoxluq təşkil edib.

Həmin görüntüləri sizlərə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...