Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.

Səudiyyə Ərəbistanı iqtisadi və sosial islahatlar çərçivəsində 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar investisiya yatırmağa hazırlaşır.

Din.az xəbər verir ki, bu məqsədlə yaxın zamanlarda ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.

Əyləncə İşləri Agentliyinin sədri Əhməd bin Əqəl əl-Xatib bildirib ki, investisiyaların maliyyələşdirilməsi həm dövlət, həm də özəl sektor tərəfindən təmin olunacaq.

Qeyd edək ki, ərəblər 2018-ci ildə 56 şəhərdə 5000-dən çox tədbir planlaşdırırlar:

“Biz artıq infrastrukturu qururuq, 2020-ci ildə böyük dəyişikliyə şahidlik edəcəksiniz”.

O da məlum olub ki, Səudiyyədə ilk dəfə opera binası inşa ediləcək:

“Artıq binanın təməlatması baş tutub. Tədbirlərin keçirilməsi üçün infrastrukturun yaradılmasında 500 şirkət iştirak edəcək”.

Bu arada, gələn ay 35 ilqadağadan sonra ölkədə kinoteatrlar açılacaq. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...