Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəblər Osmanlı tarixindən serial çəkdilər, skandal yarandı

Rejissor: “Serial Osmanlı idarəçiliyinin axrasındakı vəhşət dolu tarixi ifşa edəcək”.

Tunisdə çəkilən “Atəş Krallıqları” serialı ərəb mediasında mübahisə yaradıb. Birləşmiş Ərəb Əmirlikləri mərkəzli və Səudiyyə Ərəbistanının sahib olduğu “MBC Tv”də yayımlanan, 40 milyon dollarlıq büdcəsi ilə ərəb dünyasında 2019-cu ilin ən böyük layihəsi olan serial Misirin 16-cı əsrdə Osmanlıların nəzarətinə keçməsindən bəhs edir.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, ərəb dünyasında böyük məşhurluq qazanan türk seriallarını yayımlamağa son verdiyini açıqlayan “MBC Tv” 17 noyabrda “Atəş Krallıqları” serialını yayımlamağa başlayıb. Sloqanı “Bir imperatorluq qanlı hüquqla idarə edilir. Bu onların lənəti oldu” olan serialın mətnini misirli yazar hazırlayıb, serialda ərəb aktyorlar yer alır və baş rolu da misirli aktyor canlandırır.
Serialın ingilis rejissoru Peter Vebber bildirib ki, serial Osmanlı idarəçiliyinin axrasındakı vəhşət dolu tarixi ifşa edəcək. Serialın ssenaristi isə Osmanlı tarixinin qətliamlarla dolu olduğunu bildirib. 14 bölümdən ibarət olan serial haqqında Səudiyyə mediası belə yazıb:

“Osmanlıların etdiyi cinayətlərin ört-basdır edildiyi və tarixin təhrif edildiyi bu dövrlə bağlı bir çox həqiqəti üzə çıxaracaq”.

Serial ərəb mediasını iki yerə bölüb. Bir qism serialın həqiqətləri çatdırdığını bildirsə də, digərləri bunun Osmanlı tarixini dəyişdirdiyini iddia ediblər: “Bu serial tarixin yenidən, yanlış bir şəkildə yazılmasıdır”.

Qeyd edək ki, serial həmçinin “Netflix”də yayımlanmağa başlayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...