Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəblər və İsrail arasında sensasion anlaşma – MOSSAD gizli planı açıqladı

“Yaxın Şərqdə kəskin dəyişikliyə yol açacaq proseslər gedir”.

“İsrail Omanla əlaqələrini yenidən qurmağa başlayıb”.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İsrail kəşfiyyat agentliyi MOSSAD-ın başçısı Yossi Kohen deyib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, Omanla münasibətlərini yeniləyən İsrail digər ərəb dövlətləri ilə də əlaqələrini normallaşdırmaq üçün yeni plan üzərində işləyir:

“Omanla münasibətlər yenidən başladı və bu ölkədə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəliyi açıldı. Bu, sadəcə gizli cəhdlərin görünən kiçik bir hissəsidir. Digər ərəb dövlətləri ilə də problemləri həll etmək üçün bənzəri olmayan fürsətlər yaranıb”.

Yossi Kohen qeyd edib ki, İsrail hələlik ərəb dövlətləri ilə sülh sazişi imzalamağa hazırlaşmasa da, bölgədə kəskin dəyişikliyə yol açacaq proseslər gedir: “Hazırkı atmosfer bəlkə də Yaxın Şərq tarixində böyük bir anlaşmaya yol açacaq bir fürsətdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...