Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəblər Yaxın Şərqdə koalisiya barədə razılaşdılar

Ərəb ölkələrinin regiondakı böhranların həllində rolları aktivləşdirilməlidir.

İordaniya, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

Din.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu ərəb ölkələrinin regiondakı böhranların həllində rollarının aktivləşdirilməsi olub. Nazirlər görüşdə regionda ümumi maraqlar naminə fəaliyyətlərinin birgə koordinasiyası haqqında razılığa gəliblər.

Nazirlər həmçinin BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə də görüşüblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...