Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəblərdən yeni qayda -Yaşı 30-dan aşağı olan qadınlar…

Hakimiyyət neft satışından güclü asılı olan ölkə iqtisadiyyatını diversifikasiya etmək istəyir.

Səudiyyə Ərəbistanı 2018-ci ildə ilk dəfə turistlər üçün elektron vizalar tətbiq edəcək.

Din.az xəbər verir ki, beləliklə, hakimiyyət neft satışından güclü asılı olan ölkə iqtisadiyyatını diversifikasiya etmək istəyir.

Yeni viza rejimindən Avropa İttifaqı ölkələri, Avstraliya, Bruney, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Afrika Respublikası (CAR), Cənubi Koreya, Tayvan, ABŞ və Amerika qitəsinin başqa ölkələrinin vətəndaşları istifadə edə biləcəklər.

Qeyd edilir ki, 30 yaşından daha gənc qadınlar ölkəyə yalnız kişinin müşayiəti ilə səfər edə biləcəklər.

Daha əvvəl bildirilirdi ki, ölkə hakimiyyəti qadınlara kişilərin müşayiəti olmadan ölkəyə səfər etməyə icazə verə bilər. /Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...