Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Ərəblərin bu təbliğatı bizim işimizə yaradı”

“Ərəb kralları Fələstin “İntifadə”sini məhv etmək üçün çalışır” “Din.az” bildirir ki, “islamazeri.az”ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. “Hamı Əqsa məscidində rahat ibadət edə bilər, lakin dözülülüyün aşağı səviyyədə olması bu işi problemə çevirib. İsrail əleyhinə Əqsa məscidində baş verən qarşıdurmalar  (İntifadə) qonşu ərəb ölkələrinin həmkarlığı ilə azalıb. […]

“Ərəb kralları Fələstin “İntifadə”sini məhv etmək üçün çalışır”

“Din.az” bildirir ki, “islamazeri.az”ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. “Hamı Əqsa məscidində rahat ibadət edə bilər, lakin dözülülüyün aşağı səviyyədə olması bu işi problemə çevirib. İsrail əleyhinə Əqsa məscidində baş verən qarşıdurmalar  (İntifadə) qonşu ərəb ölkələrinin həmkarlığı ilə azalıb. Bu addımlar Ramazan ayında da davam edəcəkdir. Zorakılıqlar bizi geriyə addım atmamıza səbəb olmayacaq və Qüdsə nəzarətimizə təsir etməyəcəkdir”, – deyə Benyamin Netanyahu bildirib.

Qeyd edək ki, fələstinlilərin sonuncu İntifadəsi 1 il bundan əvvəl başlayıb və 200-dən çox şəhid verib.

Xatırladaq ki, son zamanlar Ərəblər İsraillə yaxınlaşmanı gizlətmir və əvvəl gizli etdikləri işlərini indi açıq-aşkar həyata keçirirlər, İsrail rəsmilərinin açıqlamaları bunu deməyə əsas verir. İsrail hərbçilərinin Səudiyyəyə dəstək verməsilə bağlı açıqlamaları, Dubay polis rəisinin “Netanyahu əmimoğlu”dur deməsi ərəblərlə Fələstini işğal edən və ərəb ölkələrini 6 gündə rəzilliklə məğlub edən İsraillə yaxın əlaqələrin olmasından xəbər verir.

MÜZAKİRƏ

1 şərh “Ərəblərin bu təbliğatı bizim işimizə yaradı” üçün

  1. Farid Rashid dedi:

    Rasulullah bunlari görsəydi nə deyərdi həqiqətən bilmirəm ama ərəblərin israillə əmioglu olmasi məni ozumdən cixardi. Allah Fələstinlilərə sabr versin

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...