Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəblərin üsyanı YPG-yə qarşıdır – Rus general

“Yerli ərəb əhali repressiya və ayrı-seçkiliyə məruz qalır”.

Rakka ətrafındakı bölgələrində olan ərəb əhalisi ABŞ-ın nəzarətində olan qruplaşmalara qarşı üsyana başlayıb.

Din.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi general-polkovnik Sergey Rudski deyib. Onun sözlərinə görə, üsyan martın 25-də Əl Mənsur rayonunda başlayıb.

Üsyana səbəb ABŞ-ın dəstəklədiyi qruplaşmaların ərəblərin yaşadığı ərazilərdə özlərini işğalçı kimi aparmaları olub.

O, Suriya Demokratik Qüvvələrinin bölgədə yaranan humanitar problemlərlə bacarmadığını bildirib:

“Yerli ərəb əhali repressiya və ayrı-seçkiliyə məruz qalır. Bu, yerli əhalidə kəskin narazılıq yaradır. Rakkada vəziyyət hələ də fəlakətlidir”.

Qeyd edək ki, Suriyanın Rakka şəhərində yerli sakinlərin ABŞ-ın dəstəklədiyi Demokratik Suriya Qüvvələrinə qarşı qiyam qaldırmasının səbəbləri araşdırılır. Yayılan məlumata görə, qiyama səbəb tayfa rəhbərlərindən birinin həbsidir.

Ancaq ekspertlər qiyamın əslində Vaşinqton və terrorçulara qarşı olduğunu iddia ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...