Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Erməni arxiyepiskopdan ermənilərə zərbə – VİDEO

Share Button

Ermənilər Aram Ateşyanın Ermənistana girişinə qadağa qoyulmasını tələb etdi

Türkiyə erməni patriarxlığının başçısı arxiyepiskop Aram Ateşyan bu ayın əvvəlində qondarma “erməni soyqırımı” ilə bağlı Almaniya bundestaqının qəbul etdiyi qərara təəssüfləndiyini qeyd edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib.

Ancaq bu müraciət erməni xalqı tərəfindən etirazla qarşılanıb. Hətta ermənilər Aram Ateşyanın Ermənistana girişinə qadağa qoyulması barədə ölkə rəhbərliyinə tələb irəli sürüb.

Bundan əlavə, sosial şəbəkələrdə Aram Ateşyanın əleyhinə səhifələr yaradılaraq onun Ermənistana gəldiyi təqdirdə yumurta hücumuna məruz qalacağı bəyan edilib.

Bütün bu gözlənilə təxribatları nəzərə alan Aram Ateşyan İrəvana getməkdən imtina edib.

Xatırladaq ki, bu gün Roma Papası Fransisk Ermənistana səfər edəcək. Sözügedən səfər zaman arxiyepiskop Aram Ateşyanın da Ermənistana gəlməsi planlaşdırılmışdı.

“Din.az” videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir