Erməni katolikos Paşinyana qarşı: Pis reaksiya gələcək

“Bu nazirliyin ləğvi diaspor tərəfindən neqativ reaksiyaya səbəb olacaq”.
Ümid edirəm ki, Ermənistanın yeni hökumətinin işində diaspora məsələləri prioritet təşkil edəcək.
Din.az xəbər verir ki, bunu “Yerkir Media” televiziyasına müsahibəsində Böyük Kilikiya Evinin katolikosu I Aram deyib.
Onun sözlərinə görə, Diaspor Nazirliyinin varlığı erməni diasporu üçün çox vacibdir. O, bu nazirliyin ləğvinin diaspor tərəfindən neqativ reaksiyaya səbəb olacağını deyib.
Qeyd edək ki, bundan öncə Ermənistandan Diaspora Nazirliyi ləğv edilib. Nazirliyin ləğvi erməni diasporu tərəfindən tənqidə səbəb olub. / Axar.az