Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Erməni katolikosu II Qareginə qarşı da kütləvi aksiyalar yetişməkdədir…

“Ermənistanda yeni başlayan hərəkatın müxtəlif fəsadları üzə çıxır”.

Maksim Musayev:“Hökumət və xüsusi xidmət orqanları Eçmiədzinə qarşı közərməkdə olan etirazları ciddi-cəhdlə gizlətməyə çalışırlar…”

Ermənistanda hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə aprel ayından başlamış və Serjik Sərkisyan rejiminin çökməsi ilə nəticələnmiş hərəkatın müxtəlif fəsadları üzə çıxmaqdadır. Hətta Paşinyan Baş nazir kürsüsünə yiyələndikdən sonra belə müxtəlif dövlət qurumlarının mərkəzi və ya regional rəhbərlərinin istefası tələbi ilə aksiyalar keçirildi. Artıq işğalçı və terrorçu Ermənistan dövlətinin ideoloji bazası statusunda olan Eçmiədzin kilsəsinə qarşı da etirazlar közərməkdədir. Görünür, bu həm də Rusiyanın bu qurumda dayaqlarının, agentura şəbəkəsinin möhkəm olmasıyla bağlıdır…

Din.az bildirir ki, Azərbaycan xalqına qarşı qəddar cinayətlərin ilhamvericisi olan erməni qriqoryan kilsəsinə qarşı etirazların yetişməsi haqda Moderator.az-a ilk məlumatı Ermənistan mediasını diqqətlə izləyən sabiq deputat Maksim Musayev verdi.

Öz açıqlamasında o, bunları söylədi:

“Son vaxtlar Ermənistan mediasında, xüsusən “Epikentron” telekanalında Eçmiədzin kilsəsi və kilsə xadimlərinin neqativ davranış və əməlləri haqqında müxtəlif söhbətlər gedir. Konkret adlar və faktlar çəkilməsə də, demək olar ki, hədəfin kimlər olduğu aydınlaşır. Başda erməni katolikosu II Qaregin olmaqla keşişlərin dəbdəbəli yaşayışları, ofşor zonalara daşıdıqları yüz milyonlar haqda söz-söhbətlər səslənir. Hiss olunur ki, artıq Ermənistan əhalisi arasında erməni qriqoryan kilsəsinin fəaliyyətinə qarşı etirazlar yetişmək üzrədir. Lakin xüsusi xidmət və hüquq-mühafizə orqanları hər vəchlə bunun qarşısını almağa çalışırlar…

Ermənilərin azad fikirli adamları kilsənin dövlət siyasətinə müdaxilə etməsi məsələsindən də narazılıqlarını ifadə edirlər. Din xadimlərinin dövlət işlərinə qarışmasının Konstitusiyanın “din dövlətdən ayrıdır” prinsipinə zidd olması vurğulanır. Serjik Sərkisyanın dövründə keşişlərin siyasətə müdaxiləsi daha da güclü idi. Çünki Serjik hara getsə, sağında-solunda keşişlər addımlayırdı. Hətta parlamentdə Serjik baş nazir seçiləndə keşiş də çıxış elədi. Halbuki, bu da Konstitusiyaya ziddir…
Kilsə tikintisinə həddindən artıq yer ayrılmasına da etirazlar var. Sakinlər şikayətlənir ki, xəstəxana, məktəb bağça tikilməli, su çəkilməli olan yerlərdə öncə kilsə tikilir. Çox yerdə də tikdikləri kilsəyə keşiş tapmırlar. Tapsalar da, keşiş tək-tənha oturir orda, heç gedib şam yandıran da olmur…
Müəyyən qruplar artıq Eçmiədzin əleyhinə, baş keşiş II Qareginin istefası tələbi ilə mitinqlər keçirməyə hazırlaşsa da, hökumət orqanları təşkilatçıları dilə tutaraq belə aksiyaların keçirilməsinə imkan verməyiblər… Onlara izah ediblər ki, siz bununla Ermənistanı dünyada biabır edərsiniz, çünki Eçmiədzinin rəhbəri seçki yoluyla seçilir və yalnız Ermənistanı deyil, bütün dünya ermənilərini təmsil edir… Bir sözlə Ermənistan rəhbərliyi ciddi-cəhdlə din xadimlərinə qarşı etirazları gizlətməyə çalışsa da, bunun yaxın gələcəkdə mütləq özünü kütləvi aksiyalar şəklində biruzə verəcəyi hiss olunur…”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...