Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı

Katolikos I Aramın ölkəmizə qarşı həyasızlığı …

Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb. Bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb.

Din.az bildirir ki, nəşrin yazdığına görə, patriarxın Livanın Antilyas kilsəsində verdiyi moizənin mətni Kilikiya patriarxının “Facebook” səhifəsində dərc olunub. Kilikiya katolikosu “Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi baxımından yolverilməz” olduğunu bildirib.

“Bütöv və birləşmiş Ermənistan ideyasının gerçəkəşdirilməsi Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”, – deyə katolikos söyləyib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...