Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Erməni katolikosunun istefası tələb olunur

“Yeni Ermənistan, yeni katolikos” şüarları səsləndirildi.

Ermənistanda bütün ermənilərin katolikosu II Qareqinin istefasını tələb edən etirazçılar kilsəyə hücum ediblər.

Din.az bildirir ki, katolikosun istefasını tələb edən etirazçılar müqəddəs Eçmiədzin dəftərxanasına daxil olublar.

“Elə indi məşhur təşəbbüskarlar müqəddəs Eçmiədzin dəftərxanasını işğal etdilər. Onlar özlərinə xas ultimatum və təxribat hərəkətli çıxışları ilə uyğunsuz davranırlar. Onlar ruhanilərin qəbuledilməz və qəbahətli davranışlarından imtina etmələri barədə çağırışlarına qulaq asmırlar” – katolikosluğun mətbuat xidməti rəisi Vaqram Məlikyan öz Facebook hesabında yazıb.

“Yeni Ermənistan, yeni katolikos” şüarları səsləndirən etirazçılar artıq bir aydır ki, II Qareqinin istefasını tələb edirlər. Lakin hazırda onların sayı azdır.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qareqin haqda kriminal işlər və kilsə torpaqlarını oliqarxlara satma barədə dəfələrlə yerli mətbuatda ittihamlar səsləndirilib.(Modern.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...