Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Erməni keşiş Azərbaycan torpağında ağac əkdi, konsertə qatıldı – FOTO

Ermənilər “Mexakavan” adlandırılmış Cəbrayıl rayon mərkəzində yeni park salıblar.

Ermənilər Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan, “Mexakavan” adlandırılmış Cəbrayıl rayon mərkəzində yeni park salmağa başlayıb.


Din.az Moderator.az-a istinadən bildirir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, aprelin 11-dən işğalçı hərbçilər, qanunsuz sakinlər, din xadimləri və “Qarabağ (“Artsax”) universiteti”nin tələbələri ərazidə 400-dən çox ağac əkiblər. Aksiyaya Qarabağın erməni keşişi Parqev Martirosyan, hazırda qondarma rejimin “fövqəladə hallar” qurumunun rəhbəri olan keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan da qatılıb. Tədbirdən sonra konsert də təşkil edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...