Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Erməni kilsəsində türk əsgərləri üçün DUA etdilər – FOTO

Türk Silahlı Qüvvələrinə “Zeytun budağı” əməliyyatında uğurlar dilədilər.

Türkiyə Erməniləri Patriarxlığı Türk Silahlı Qüvvələrinin (TSK) “Zeytun budağı” əməliyyatında iştirak edən əsgərlərinə uğurlar diləyərək dua edib.

Din.az xəbər verir ki, patriarxlıq yazılı açıqlamasında bu ifadələri işlədib:

“Türkiyə Erməniləri Partiarxlığı olaraq Türk Silahlı Qüvvələrinə “Zeytun budağı” əməliyyatında uğurlar diləyir, bölgəmizdə sağlam düşüncə və sülh şəraitinin yaradılması üçün dua edirik. Yeri göyü yaradan Rəbbimizin Cənnət bərəkətləri ilə bərəkətlənəcəyimizə qəlbən inanırıq. Bu inancımızla kilsələrimizdə keçirdiyimiz ayinlər əsnasında hər zaman olduğu kimi Türkiyə Cümhuriyyətinin süverenliyi üçün dua etməyə davam ediləcəkdir. Tanrı dualarımızı qəbul etsin”.  / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...