Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Erməni kilsəsinin 60 tələbəsi iki yəhudini öldürməyə cəhd göstəriblər

Erməni kilsəsinin tələbələri gənc yəhudilərə hücum etdilər.

İyunun 8-də Yəhudi Şavuot bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedən iki gənc yəhudilərə hücum edərək vəhşicəsinə döyüblər.

Din.az bildirir ki, zərərçəkənləri təmsil edən vəkil Xaima Blayker qeyd edib ki, yəhudilərin döyülməsi erməni kilsəsinin tələbələrinə rəhbərlik edən kahinlərin onları dayandırana qədər davam edib.

Vəkil Bleyker polis istintaq və kəşfiyyat şöbəsinə müştərilərin işi üzrə istintaqın tamamlanması üçün məktub göndərib.

Bleyker deyib ki, onları yerə yıxıb təpikləyiblər və üzlərindən vurublar.

Hüquqşünas gənc yəhudilərə hücum etməkdə şübhəli bilinən hər bir şəxsi həbs etməyi və istintaqa cəlb etməyi xahiş edib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...