Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Erməni Qaregin istefaya getməkdən imtina etdi

İrəvanda II Qareginin istefasıyla bağlı etiraz aksiyaları keçirilib.

Bütün ermənilərin katolikosu II Qaregin istefaya getməkdən imtina edib.

Din.az xəbər verir ki, bu barədə məlumatı erməni yepiskop Arşak Xaçaturyan yayıb. O, Eçmiədzinin hələ də etirazçıların nə istədiyini anlamadığını deyib.

Onun sözlərinə görə, etirazçıların bütün problemlərin həllini katolikosun istefasında görməsi doğru deyil.

Qeyd edək ki, bundan öncə İrəvanda II Qareginin istefasıyla bağlı etiraz aksiyaları keçirilib. Aksiyalara erməni keşişlər də qoşulublar. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...