Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Erməni Xoca Səfər Şah Abbas dövlətində Vatikanın xüsusi tapşırıqlarını icra edib…”

“Erməni zəhəri Səfəvilər dövlətinin sonunu gətirir”.

“Onun atası, zəhər ustası Çilinqar Muradyan isə Rusiya gizli xidməti tərəfindən Şah İsmayılın sarayına göndərilib…”

Din.az bildirir ki, Moderator.az-ın rus versiyası tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən bəhs edilir.

Əsərdə nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir.

Müəllif – professor, keçmiş “KQB” polkovniki R.Novruzoğlu iddia edir ki, əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.

Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq:

“Səfəvi dövlət qulluqçusu olan gürcü L.S.Karadze Rusiya kəşfiyyat rəhbərliyinə gizli bir arayış göndərir…”

“…Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən olan Şah Abbas ölkənin xarici siyasət məsələləri üzrə məsləhətçisi vəzifəsinə erməni Xoca Səfəri təyin edib. Azərbaycan şahı bu erməniyə, həmçinin, Avropa ölkələri ilə danışıqlar aparmaq səlahiyyəti verib. 1608-ci ildə Şah Abbas Xoca Səfərin başçılığı altında Avropaya nümayəndə heyəti göndərib. O, bu erməniyə İspaniya kralına və Toskana hersoquna məktub çatdırmağı tapşırıb. Hersoqun qəbulunda olan Xoca Səfər ona bildirib ki, ermənilər də Papaya məktub göndəriblər. Azərbaycanlı tarixçilər V. Arzumanov və N.Mustafayev qeyd edir ki, Xoca Səfər Muradyan erməni diplomatiyası tarixində xüsusi yer tutur. O, Vatikanın məxfi idarəsinin tapşırıqlarını həyata keçirərək Səfəvilər dövlətinin beynəlxalq əlaqələrinin pozulmasına səbəb olmuş və onun dağılmasında birbaşa iştirak etmişdir. Məlumatlara görə, Xoca Səfər Rusiya rəhbərləri ilə də əlaqələrini davam etdirirdi. Bizim üçün Xoca Səfərin gizli şəkildə Azərbaycana müxtəlif zəhər gətirmiş olması faktı maraqlıdır. Rusiyanın Məxfi İdarəsinin Arxiv şöbəsinin rəhbəri A.N. Puxlyayev Xoca Səfərin çox hiyləgər bir adam olduğunu yazıb. O qeyd edir ki, hətta özünün oğlu Nikolayın ölümündə də bu erməni şəxsən iştirak edib. A.Puxlyayev yazır:

“Bu adamla sadə bir əl sıxışması də faciə ilə nəticələnirdi. Səfəvi dövlətinin parçalanmasında, ictimai və siyasi xadimlərin aradan qaldırılmasında şəxsən iştirak etdi və onları özünün hazırladığı zəhərlərlə zəhərlədi”…

Rusiya üçün Əhəmiyyətli Sənədlər idarəsinin müdiri A.S. Saltıkov isə yazır:

“… Böyük Rusiya şərəfinə. Zati aliləri knyaz İoan III Vasili üçün xüsusi bir məlumatı çatdırıram. Zati alilərinizin tapşırığına əsasən mən erməni Xoca Səfər Muradyan ilə bağlı tədqiqat aparmışam və onun yerini müəyyənləşdirmişəm. Onu knyazlığa dəvət etdim. Qeyd etdiyiniz kimi, Xoca Səfər dünya şöhrətli zəhər taciridir və zəhərləri şəxsən hazırlayır. O, Rusiyanı sevir və şəxsən Sizə xidmət etməyə hazır olduğunu bəyan ediir. Mən ona təlimat verdim. İrana(Azərbaycana-S.L.) getməyə hazırdır. Təlimatlara görə Şah Abbasın dövlət strukturlarına sızmalı və knyaz İoan III Vasilinin istəklərini yerinə yetirməlidir. O, Səfəvilər dövlətində nüfuzlu və hörmətli bir insana çevrilməlidir”.

Rusiya üçün Əhəmiyyətli Sənədlər İdarəsinin müdiri A.S. Saltıkov.

Araşdırma materiallarına görə, qısa müddətdə Xoca Səfər Şah Abbasın yanında çox nüfuzlu və hörmətli bir şəxs olur.

Digər materialda isə bildirilir ki, Xoca Səfər Muradyanın atası Çilinqar Muradyan Şah İsmayıl Xətai dövlətində mühüm vəzifə tutmub. Zəhər ustası Çilinqar Muradyan Rusiya gizli xidməti tərəfindən Şah İsmayılın sarayına göndərilib. Səfəvi dövlət qulluqçusu olan gürcü L.S.Karadze Rusiyanın kəşfiyyat rəhbərliyinə gizli bir arayış göndərir:

“… İvan Qriqoryeviç, mənə həvalə etdiyiniz Çilinqar Muradyan dövlətdə mühüm vəzifə tutur. Mənim məlumatıma görə, o, artıq işə başlamışdır. Hörmət əlaməti olaraq, öz işimi davam etdirirəm. Məxfilik prinsipinə hörmət etməyinizi xahiş edirəm.
Link Karadze”.

Bir müddət sonra Şah İsmayılın silahdaşlarından biri olan Məhəmməd bəy Ustaclının ailəsi tam olaraq məhv edildi. Əvvəlcə həyat yoldaşı ölür, sonra iki qızı, bir gəlini, üç oğlu, beş nəvəsi və atası… Erməni Çilinqar Muradyanın zəhəri bu minvalla, böyük sərkərdə Məhəmmməd bəy Ustaclını sıradan çıxarır. Bundan sonra Səfəvilər sərkərdə Qaraca İsmayılın ailəsini dəfn edirlər. Qoca Çilinqar isə döyüşə yollanan sərkərdə Hüseyn Lələni də zəhərləyir…

Erməni zəhəri Səfəvilər dövlətinin sonunu gətirir. 1514-cü ildə Şah İsmayıl Sultan Səlimin yanında olan Çilinqarı görəndə özünü pis hiss etdi. Zəhər artıq uzun müddət onun bədənində də öz işini görmüşdü…”

(Davamı var)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...