Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ermənilər Türk-İslam birliyindən qorxduğunu etiraf etdi…

“Ermənistan yeni bir Türkiyə-Azərbaycan hücumu təhlükəsi altındadır”.

Odur ki, türkçü və mömin qardaşlar arasında ziddiyyətlərə qətiyyən yol vermək olmaz…
Düşmən güclər Türkiyə, Azərbaycanda və digər türk ölkələrində türkçülərlə müsəlmanlar arasında qarşıdurma yaratmağa çalışırlar…

Dünən Rusiyada meydan verilmiş erməni nəşrlərindən biri “Ermənistanda ictimaiyyətin diqqətini pantürkizm təhlükəsindən yayındırırlar” başlıqlı yazı dərc edib və məhz Türk-İslam birliyini əks etdirən gördüyünüz fotonu önə çıxarıb.

Materialda Türkiyənin əsrlərlə öz ətrafında müxtəlif türkdilli xalqların birləşdirmək və Böyük Turan qurmaq üçün pantürkizm ideyasından yararlandığı vurğulanır. Bu yolda ən böyük maneənin isə Ermənistan və “Artsax” olduğu bildirilir. Bu iki qurumun öncə Azərbaycan və Türkiyəni, sonra isə bu hər iki türk-müsəlman dövlətini Orta Asiyadakı türkdilli ölkələrdən ayırdığı bildirilir. Guya ki, 1915-ci ildəki qondarma “erməni soyqırımı” da, 1988-1990-cı ildə əslində xarici kəşfiyyat qurumlarının ermənilərin özləri vasitəsilə həyata keçirdiyi Sumqayıt, Bakı “erməni talanları”nı da Türkiyə məhz Türk-İslam Birliyini Turanı qurmaq məqsədi ilə “həyata keçirib”… Erməni nəşri bildirir ki, ermənilərə qarşı nifrət siyasəti həyata keçirən Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsi region üçün, o cümlədən Rusiya Federasiyasının ərazi bütövlüyü üçün böyük təhlükədir…

“Ermənistan yeni bir Türkiyə-Azərbaycan hücumu təhlükəsi altındadır. Və bunun nəticəsində ermənilərin son qətliamı və pantürkçülük strategiyasının həyata keçirilməsi mümkündür”- deyə erməni nəşri daşnak, terrorçu əqidəli soydaşları üçün həyəcan təbili çalır.

Müəllif Türkiyə-Azərbaycan birliyinin qarşısını almaq üçün ən yaxşı vasitə olaraq Rusiya-Ermənistan birliyini görür. Və Ermənistan ictimaiyyətini Rusiya ordusunun ölkədən çıxarılması məsələsinin gündəmə gətirilməsinin qarşısını almağa çağırır.

“Rusiya qoşunlarının Ermənistandan çıxarılması yalnız Türkiyə-Azərbaycan birliyinin Ermənistana qarşı birgə hücumunu sürətləndirəcək – Azərbaycan Qarabağa, türklər isə Naxçıvana hücum edərək birgə İrəvana və Zəngəzura doğru irəliləyərək türklərin yüzillik arzusunu reallaşdırmağa və böyük Turan yaratmağa çalışacaqlar”- deyə erməni saytı təşviş içində yazır.

P.S. Doğrudan da türk-İsslam dünyasının, o cümlədən Türkiyə və Azərbaycanın işğal altındakı hüquqi və tarixi torpaqlarını azad etmək üçün ən böyük ümid bu iki qardaş ölkə ilə paralel digər türk dövlətlətinin də birliyinədir. Odur ki, ermənilərlə yanaşı, dünyadakı məlum əsas türk, müsəlman düşmənləri hər vasitə ilə bu birliyin qarşısını almağa çalışırlar. Bunlardan biri də türk ölkələrində ifrat türkçülük və ifrat islamçılıq saxta cərəyanları yaratmaqdır. Söhbət bu ölkələrdə, eləcə də Türkiyə və Azərbaycandakı əqidəli müsəlman və türkçüləri biri-birinə qarşı qoymaqdan gedir. Buna qətiyyən yol verməməliyik. Hər birimiz anlamalıyıq ki, öncə müsəlmanıq və İslamdan ayrılmış, yəni müsəlmanlıq əqidəsindən uzaq türkçülük yalnız mason, sionist, anqlosaks adlanan güclərin maraqlarına xidmət etməklə bizləri əsl hədəfdən yayındıra bilər.. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...