Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ermənilərdən ruslara həyasız minnət: “Sizi biz xristian etmişik …”

Növbəti erməni həyasızlığı …

Din.az bildirir ki, Moderator.az bir neçə gün əvvəl Rusiyanın 1-ci kanalında “Qəlbimin sultanı” Rusiya-Türkiyə birgə serialının yanvarın 8-də başlanacağını xəbər vermişdi.

Serial başlandı. Ermənilərin də serialla bağlı həyəcanı və narazılığı başlayıb. Erməni mətbuatı, ümumiyyətlə belə bir serialın çəkilməsinə və 1-ci kanalda göstərilməsinə qarşı çıxıb və bunu ermənilərə qarşı mənəvi təhqir hesab edirlər.

Erməni yazarlar əsəbi şəkildə bu serialın məhz Ukrayna provaslav kilsəsinin Rusiya provaslav kilsəsindən ayrılması ilə əlaqədar “yaranmış gərgin bir situasiyada və İdlibin türklərə təslim edilməsi ərəfəsində göstərilməsini ilk növbədə Rusiya ictimaiyyətini narahat etməli” olduğunu vurğulayır.

Üstəlik, serialın nümayişinin “Rusiyada yaşayan milyonlarla ermənini suallar qarşısında qoyduğu” qeyd olunur və “Ermənistanın da bir dövlət kimi müttəfiq ölkənin dostluğa yaraşmayan bu hərəkətini qulaqardına” vurmamalı olduğunu vurğulayırlar.

Rusiya-Türkiyə yaxınlaşmasını heç cür sinirə bilməyən ermənilər Moskvanın serialı nümayiş etdirməsini qazın qiymətini İrəvan üçün qaldırmaqdan daha ağır zərbə hesab edirlər. Ermənilər Rusiyanı ittiham edib bildirirlər ki, “Sizi 1000 il əvvəl Konstantinopoldan gələn erməni missionerlər xristian edib”.
Böyük minnətdir! Ermənistan daha irəli gedərək, film nümayiş etdirildiyi dövrdə kabel-televiziyalarından Sputnik-Armeniya mediaqrupun fəaliyyətini dayandırmağı adekvat tədbir kimi tələb edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...