Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ermənilərin “bizimdir” dediyikilsələr əslində azərbaycanlılara məxsusdur –Tarixi FAKT – VİDEO

Udinlərə məxsus olan kilsələr təzyiq altında erməni kilsələrinə çevrilib.

Ermənistan Qarabağ və ətrafındakı 7 şəhərdə 30 ildir işğal etdiyi ərazilərlə bağlı səsləndirilən işğalçı iddialarının yanlış olduğunu deyir. Lakin son zamanlar əldə edilən araşdırmalar erməni iddialarını üzə çıxarır.

Din.az “A24.az”-a istinadən bildirir ki, keçmiş dövrlərdən Azərbaycan torpaqlarında məskunlaşdırıldıqları iddialarının yanlış olduğunu sübut etmək üçün ermənilər bölgədəki kilsələri dəlil olaraq göstərirdilər. Ancaq o kilsələr əslində min ildən çoxdur ki, Azərbaycan torpaqlarında yaşayan və III əsrdə xristianlığı qəbul edən Qafqaz albanlarından udinlərə aiddir. Və Azərbaycan torpaqlarında mövcud olan kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur.

Tarixi məlumatlar isə udinlərə məxsus olan kilsələrin təzyiq altında erməni kilsələrinə çevrildiyini ortaya qoyur.

Türkiyə mediasının mövzu ilə bağlı hazırladığı videoxəbəri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...