Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ermənilərin Türkmənistan dərdi – Türkmənlər dostu düşməndən ayıra biləcək?

Məşhur agentlik türkmənləri təhqir edib.

Məşhur agentlikdən türkmənlərə təhqir

Məşhur “Eurasia Daily” İnformasiya Agentliyində “Президент Туркмении задумался о создании правящей династии” (“Türkmənistan prezidenti hakim sülalə yaratmaq haqda düşünür”) adlı məqalə yer alıb. Məqalədə qeyd edilir ki, martın 25-də Türkmənistanda parlament seçkilərində cəmi 3 siyasi partiyanın – Demokratik Partiya, Sənayeçilər və Sahibkarlar Partiyası, eləcə də Aqrar Partiyanın namizədləri iştirak edəcək. Ökədə başqa siyasi qüvvələr olmadığından parlamentdə ciddi dəyişiklik baş verməyəcəyini qeyd edən Agentlik “Mərkəzi Asiya redaksiyası” imzası ilə yazılmış məqalədə ekspertlərə istinadən bildirir ki, istisna olaraq parlamentdə sədr dəyişikliyini gözləmək olar ki, o da prezident Qurbanqulu Berdımuhəmmədovun oğlu Sərdar Berdımuhəmmədov ola bilər.

“Təhlili” məqalədə iddia edilir ki, Türkmənistanda gerontokratiyaya meylliliyi ehtimal edilən avtoritarizm insitutunun qanunla əbədiləşdirilməsinə cəhd var. Qeyd edək ki, siyasi nəzərəriyyəyə görə gerontokratiya hakimiyyətin qocaların, ağsaqqalların, yaşlı insanların əlində olduğu üsul-idarədir.

Yazıda Agentlik Sərdar Berdımuhəmmədovun atası ilə birgə idman tərbirlərindən birində iştirakını, eləcə də onun “türkmən xalqının oğlu” kimi qələmə verilməsini hakimiyyət varisliyinə işarə olaraq təqdim edir və vaxtilə Tacikistan prezidenti Emomali Rahmonun oğlunun da karyerasının belə başlandığı xatırladılır.

Məqalədə Türkmənistan prezidentinin oğlunun hazırda idman federasiyalarından birinə rəhbərlik etməsi, parlamentdə komitə sədri olması, atası tərəfindən dövlət mükafatlarına layiq görülməsi də qeyd edilir. Arada “müəllif redaksiya” Belarusda prezident Lukaşenkonun hakimiyyətini oğluna ötürmək istədiyini, həmçinin, Azərbaycanda hakimiyyətin atadan oğula keçdiyini, Özbəkistanda isə bu istəyin baş tutmadığını vurğulayır. Nəhayət, türkmənləri diktaturanın yazıq sakinləri adlandıran “Eurasia Daily” nəinki, rəsmi Aşqabadı, hətta bütün türkmənləri təhqir edir.

Görəsən, “Eurasia Daily”ni belə mövqe sərgiləməyə vadar edən nədir? Niyə Türkmənistana qarşı belə sərt ittihamlar irəli sürülür? Bunların arxasında nələr durur?

Türkmənistana qarşı şantajda “erməni izi”

Məsələ ondadır ki, özünü müstəqil agentlik kimi qələmə verən “Eurasia Daily”nin “Cənubi Qafqaz” redaksiyasının rəhbəri Lusine Samvelovna Davtyan, “Yaxın Şərq” bölməsinin rəhbəri isə Mixail Vyaçeslavoviç Ağacanyandır. Soyadlarından da göründüyü kimi erməni mənşəli olan bu şəxslərin hadisələrə və faktlara, xüsusən, dövlətləarası münasibətlərə baxışı “özünəməxsusluğu” ilə fərqlənir. Məsələn, Agentlikdəki yazılarda Ermənistan və ermənilər birmənalı olaraq az qala qorunmalı olan yüksək dəyərlər kimi simvolizə edilir. Digər dövlətlər, xüsusən də, əhalisinin əksəriyyətini türk mənşəli insanların təşkil etdiyi dövlətlər isə tanınmamış, dar düşüncəli ekspertlərin dili ilə təhqir olunur, məsxərəyə qoyulur.

Türkmənistan haqqındakı məqalə isə əslində, Aşqabada bir “xəbərdarlıq”dır. Yəni əgər bu məqalənin sifarişçisi olan ölkənin maraqları təmin edilməzəsə, Türkmənistanı və türkmənləri mediada daha böyük “qara piar” kampaniyası, sifarişli reportajlar, məqalələr, müsahibələr, məlumatlar gözləyir. Bəs sifarişçi kimdir? Əminliklə söyləmək olar ki, “Eurasia Daily”dəki “Mərkəzi Asiya redaksiyası” imzalı bu məqalənin əsl müəllifi və sifarişçisi Ermənistandır.

Ermənistanın Türkmənistana verib ala bilmədiyi nədir? – Erməni mənfəəti

Bu yaxınlarda erməni mənbələrində Ermənistanın Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar naziri Aşot Manukyana istinadən Türkmənistanın Ermənistanın İranla borc öhdəliklərinin həllində vasitəçi olacağına dair məlumatlar yer almışdı. Söhbətin məğzini isə türkmən qazının İran üzərindən Ermənistana satılması təşkil edir. Onun sözlərinə görə, Ermənistan tərəflərə borcun svop sistemi ilə ödənməsini təklif edib və guya İran da artıq buna razılıq verib. Yəni Türkmənistana 1,5 milyard dollar borcu olan İran Ermənistana qaz verəcək, o da öz növbəsində bunun müqabilində Türkmənistana digər məhsullar göndərəcək. Bu proqramın mütləq reallaşmalı olduğunu deyən Manukyanın fikrincə, belə razılıqdan imtina etmək axmaqlıq olardı.

Fikrimizcə, Ermənilərin türkmənlərə qarşı şantaja əl atmasının kökündə də məhz Türkmənistanı Ermənistanla əməkdaşlığa məcbur etmək və bundan maksimum yararlanmaq durur.

Bundan əlavə, Ermənistanın İran və Türkmənistanla əməkdaşlığı onun geosiyasi maraqlarına da cavab verir. Belə ki, bu iki ölkə dilənçi kökündə olan və regional enerji layihələrindən kənarda qalmış Ermənistanın mövqelərini gücləndirə bilər.

Ermənilər Aşqabad-İrəvan-Frankfurt aviareysinin açılmasında da maraqlıdırlar. Yəni rəsmi İrəvan Aşqabadla həm siyasi, həm də iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Ermənistan maksimum dərəcədə daha aşağı qiymətə daha çox türkmən qazı almağa, eyni zamanda bu ölkə ilə “dostluğu” möhkəmləndirməyə çalışır.

Erməni siyasətçilərinin və ekspertlərinin fikrincə, xristian Ermənistanın Qərbin yola getmədiyi müsəlman İranla və türk mənşəli Türkmənistanla əlaqələrinin olması bütün dünyanı təəccübləndirə bilər.

Ermənilərin Orta Asiyadakı vəhşilikləri – Tarix nə deyir?

Orta Asiya xalqları, xüsusən, türkmən və özbək tarixçiləri yaxşı bilirlər ki, ötən əsrin əvvəllərində ermənilər Türküstanda, Fərqanə vadisində necə qanlı hadisələr törədiblər.

XIX əsrin ortalarında Rusiya imperiyasının Orta Asiyanı işğal etməsi zamanı kütləvi şəkildə Türküstanda peyda olan ermənilər illər sonra yerli əhalinin başına bəla oldular. Onlar Rusiya İmperiyasına arxalanaraq buradakı əsas ticarət və maliyyə obyektlərini ələ keçirirdilər. 1918-ci ildə isə Türküstan Sovet hakimiyyətini qəbul etmədikdə Moskvadan Daşkəndə əksəriyyəti təpədən dırnağadək silahlanmış erməni daşnaklarından ibarət 11 eşelon hərbi birləşmə göndərildi. Vaxtilə burada məskunlaşmış və “fağır simalı” ermənilər də dərhal onlara qoşularaq “əsl inqilabçı”ya çevrildilər.

Ermənilər 1918-1919-cu illərdə Fərqanə vadisində yerli əhalini talan edib mal-mülkünü ələ keçirdilər, şəhərləri və kəndləri dağıtdılar. Onlar cəmi 3 gün ərzində təkcə Kokandda 10, Margilanda 7, Əndicanda 6, Namanqanda 2, Bazarkurqan və Kokand arasındakı ərazidə isə 4,5 mindən çox sakini qətlə yetirdilər. Əvəzində Kommunist Pariyası “Daşnaksutyun”a inqilaba göstərdiyi xidmətlərə görə rəsmən təşəkkür elan etdi. “Daşnaksutyun” isə bəyan etdi ki, ermənilər mütləq sovetlərin tərəfdə olmalıdırlar. Daşnaklar xüsusi qeyd edirdilər ki, bununla onlar Türküstandakı erməni diasporunu və vətəni Ermənistanı düşmən müsəlmanlardan qoruya biləcəklər. Beləliklə, 1917-1919-cu illərdə daşnaklar Cənubi Qafqazda olduğu kimi, Orta Asiyada da yerli dinc sakinləri kütləvi şəkildə qətlə yetirir, onların evlərini talan edir, mal-mülkünü ələ keçirirdilər. Onlar təkcə Qafqazda deyil, Orta Asiyada da türklərin torpaqlarını ələ keçirib “Böyük Ermənistan” mifini həyata keçirmək istəyirdilər.

İbrət dərsi

Ona görə də Orta Asiya respublikaları bunları unutmamalıdırlar və unutmurlar da. Təsadüfi deyil ki, Ermənistan Özbəkistanın indiyədək ciddi dövlətlərarası saziş imzalamadığı, əlaqə qurmadığı yeganə dövlətdir. Müstəqillik illərində Daşkənd və İrəvan arasında bircə dəfə də olsun, dövlət və hökumət başçılarının səfərləri olmayıb.

Əvəzində ermənilər Türkmənistandan öz problemlərinin həllində istifadə etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin Aşqabadda da bilməlidirlər ki, erməni terrorizmi təkcə antiazərbaycan və antitürkiyə cərəyanı yox, insanlığa qarşı yönəlmiş və bütün dünyanın mübarizə aparmalı olduğu ciddi təhlükədir.

Ermənistan hələ də ermənilərin Sovet hakimiyyəti illərində Türküstanda türkmənləri, özbəkləri, rusları, qırğızları, qazaxları, Qafqazda azərbaycanlıları, yəhudiləri soyqırımına məruz qoyduqlarını etiraf etmək istəmir. Onlar hələ də daşnakların vəhşilikləri – güllələnmiş, diri-diri yandırılmış və torpağa basdırılmış türkmən uşaqları, qocaları, qadınları barədə də susurlar. Amma Türkmənistanda ağsaqqallar daşnakların sovet vaxtı törədiklərini çox yaxşı xatırlayır və həmin hadisələr barədə danışanda göz yaşlarını saxlaya bilmirlər.

Əcdadlarının, özlərinin törətdiyi vəhşikləri hələ etiraf etməyən Ermənistan indi guya Türkmənistanla dostluq və əməkdaşlıq etmək istəyir. Qafqazdakılar çox gözəl bilirlər ki, ermənilər mehriban qonşuluq, dostluq və qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq etməyə qadir deyillər. Onlar yalnız təmənna güdə, öz maraqlarını təmin etməyə çalışa bilərlər. Türkmənistan isə ermənilər üçün özlərinə əzəli düşmən sandıqları türklərin yaşadığı, Türkiyənin və Azərbaycanın dostu olan ölkədir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...