"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Ermənistan müsəlman ölkələrinə düşmən gözü ilə baxır” – VİDEO

Share Button

Ölkə başçısı dindən danışdı…

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən Prezident İlham Əliyev çıxışı zamanı Ermənistan rəhbərliyinin Avropa ölkələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm təhrif edilmiş məlumatlar yaydığını, həm də bu münaqişəyə dini don geyindirməyə çalışdığını bildirib:

“Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar çətin coğrafi vəziyyətdə 3 müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu böyük riakarlıqdır. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır”.

“Din.az” ANS TV-ə istinadən prezidentin çıxışını videoda təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir