Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ermənistan Suriyaya da “əl qoyur”

Ermənilərin növbəti iyrənc xüsusiyyəti üzə çıxdı.

“Xalqımız minlərcə ildir yaşamaqda olduğu torpaqlarda yaşama haqqından məhrum edilir”

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan Suriyadakı ermənilərlə bağlı maraqlı və bir o qədər də gülünc bəyanatla çıxış edib. Ermənistanın Suriyaya yardımlarının davam edəcəyini bildirən müdafiə naziri, ermənilərin Suriyadakı durumundan da narahatlığını ifadə edib və erməni xalqının “yaşam haqqının məhdudlaşdırıldığını” vurğulayıb:

“Xalqımız minlərcə ildir yaşamaqda olduğumuz torpaqlarda yaşama haqqından məhrum edilir. Bu, çox acı bir təcrübədir və təhlükəsizliyin təmin edilməsi, maraqlarımızın müdafiə edilməsi üçün hələ də çətinlik çəkənlərin taleyini azacıq da olsa asanlaşdıracaq humanitar yardımın göstərilməsi qərarı alınıb”.

Tonoyan Suriyadakı ermənilərin dağınıq vəziyyətdə yaşamasından da narahatlığını dilə gətirib:

“Suriyadakı erməni xalqı Suriyanın böyük yaşayış məskənlərindən bir olan Qamışlı da daxil olmaqla müxtəlif bölgələrə dağılmış vəziyyətdədir”.

Müdafiə naziri dolayısı ilə Suriya hökumətini bu ölkədəki ermənilərə qayğı göstərməməkdə ittiham edib:

“Biz bütün Suriya xalqına yardım edirik. Ayrıca Suriya hökumətinin məsuliyyətindən kənardakı erməni xalqına da yardım etmək istəyirik”.

Tonoyanın açıqlamasında ən çox diqqət çəkən məqam isə onun Suriyada ermənilər yaşayan bölgələri ermənilərə məxsus tarixi torpaqlar adlandırması olub. Bu sözlərlə Suriyaya da “əl qoyan” erməni nazir, bununla ermənilərin bu torpaqlar üzərində tarixi haqqa malik olduqları iddiasını aktuallaşdırıb.

Xatırladaq ki, tarixi Azərbaycan torpaqları üzərində bərqərar olan Ermənistan az qala bütün qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürməkdədir və demək olar ki, bütün regionun ermənilərə məxsusluğunu iddia edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...