Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Müsəlman ölkələri Ermənistanı qınadı

Share Button

Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənib…

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi Yusif Əl Osaymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.

“Din.az” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubda yeni seçilmiş Baş katib bu münasibətlə E.Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş katib məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Yusif Əl Osaymin
Yusif Əl Osaymin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir