Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əsəd İsrail sərhədini ələ keçirir: ABŞ narahatdır

Suriyada yaradılan “Qurtuluş Ordusu”nun missiyası …

ABŞ Dövlət Departamenti Suriya rejiminin müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma hazırlaşdığı barədə bəyanat yayıb.

Din.az xəbər verir ki, bəyanatda ABŞ tərəfinin bundan ciddi narahatlıq keçirdiyi və rejimin hücuma keçəcəyi halda konkret tədbirlər görüləcəyi bildirilib.

Məlumatda deyilir ki, dünən hökumət qüvvələrinin gələcək əməliyyatı barədə Dera sakinlərinə təyyarədən broşürlər atılıb.

Qeyd edək ki, Dəra İsrail və İordaniya sərhədinin kəsişməsində yerləşir. Əsədin bu hücum hazırlığına qarşı artıq 3 böyük hərbi koalisiya və 20-yə yaxın müxtəfil hərbi qruplaşmaların birgə “Qurtuluş Ordusu” yaratdığı bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...