Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əsəd qüvvələri Afrinə daxil oldu – Türkiyə xəbərdar etmişdi

Hələb şəhərindən gələn Əsəd qüvvələrinin Afrinə girməyə başladı.

Türkiyə əvvəlcədən xəbərdar etməsinə baxmayaraq Əsəd qüvvələri Afrinə daxil olur.

Din.az xəbər verir ki, Reuters xəbər agentliyi Hələb şəhərindən gələn Əsəd qüvvələrinin Afrinə girməyə başladığını bildirib.

YPG-nin mətbuat katibi Birusk Heseke rejim tərəfdarı olan qüvvələrin Afrinə girdiyini təstiqləyib. Dünən Suriyada Bəşər Əsəd rejiminin rəsmi televiziya kanalı “ictimai qüvvələr” olaraq adlandığı əsgərlərin Afrinə girəcəyini açıqlayıb.

Buna dərhal cavab verən Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu “YPG-ni təmizləmək üçün rejimin qüvvələri bura daxil olursa problemi yoxdur. Əgər YPG-ni qorumaq üçün daxil olursa bilsinlər ki, heç kim türk əsgərlərini dayandıra bilməz.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...