Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əsəddən ərəb dövlətlərinə gözlənilməz müraciət

“Ərəb dövlətləri ictimai qurumlarla dialoq qurmalıdır”.

Ərəb dövlətləri daxili problemlərinin həlli üçün ictimai qurumlarla dialoq qurmalıdır.

Din.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Bütün ərəb dövlətləri təxminən eyni problemlərlə qarşılaşır. Lakin böhrandan çıxış tapmaq üçün ilk növbədə ictimai qurumlarla dialoqunun yaradılması olmalıdır”, – deyə o vurğulayıb.

Əsəd qeyd edib ki, ərəb dövlətləri mütamadi olaraq çağırışlarla üzə-üzə qalırlar. Misal kimi o, Qərbin ərəb dövlətlərinin milli kimliyinə zərbə vurmaq cəhdlərini göstərib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...