Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əsədi “dəvətsiz qonaq” adlandıran qəzet bağlandı

“Dəvətsiz qonaq” başlığına görə qəzetin çapı dayandırıldı.

İranda yayımlanan “Qanun” qəzetinin çapına bir müddətlik qadağa qoyulub.

Din.az xəbər verir ki, Tehrandakı Mədəniyyət və Media məhkəməsi sözügedən qəzetin bu gündən etibarən çapının dayandırılması barədə qərar qəbul edib.

Qərarın qəzetin ötən gün manşetə qaldırdığı xəbərlə bağlı olduğu deyilib.

Belə ki, manşetdə Suriya Prezidenti Bəşər Əsədlə İranın ali dini lideri Əli Xamaneinin qucaqlaşdığı fotoya “Dəvətsiz qonaq” başlığı yazılıb.

Qadağanın müddəti ilə bağlı məlumat verilməyib. /  Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...