Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əsədin baş müftisi: Suriya və Ermənistan qardaşdır

Suriyanın Baş müftisi Hələbdəki erməni humanitar missiyasına səfər edib.

Ermənistan Baş Konsulluğu iyulun 18-də Suriyanın Baş müftisi Əhməd Bədrəddin hassunun Hələbdəki erməni humanitar missiyasına səfərini təşkil edib.

Din.az xəbər verir ki, səfər zamanı Hassun erməni icmasının Suriyadakı xüsusi rolu barədə danışıb. Çıxışı zamanı baş müfti həmçinin “soyqırım” ifadəsi də işlədib:

“Osmanlı ərazisində “soyqırım” yaşayan ermənlər Suriyada təkcə özlərinə sığınacaq tapmadılar, onlar böyük minnətdarlıq olaraq Suriyanın rifahı və çiçəklənməsi üçün səy göstərməyə, iki qardaş ölkə – Suriya və Ermənistan arasında dostluq körpüsü tikməyə başladılar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...