Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Əsədin həbsxanasında qandonduran hadisələr

“Həbsxanada namaz qılmaq, oruc tutmaq qadağan edilmişdi.”

Bəşər Əsəd rejiminin həbs etdiyi Nur Nədim Mulhim adlı qadın həbsxanada olarkən başına gələn qandonduran olaylardan danışıb.

Din.az xəbər verir ki, qadın “Anadolu” agentliyinə müsahibəsində “müxaliflərlə cihad nikahına girməkdə” ittiham edildiyini və buna görə dəhşətli işgəncələrə məruz qaldığını deyib.

“Bizə ağır işgəncələr verirdilər. Həbsxanada namaz qılmaq, oruc tutmaq qadağan edilmişdi. Əllərim, gözlərim bağlı halda məni döyüb təhqir edirdilər. Məcbur edirdilər ki, törətmədiyim cinayətlərin məsuliyyətini üzərimə götürüm. Razı olmayanda isə döyürdülər”, – o bildirib.

Mulhim edam cəzasından son anda xilas olduğunu sözlərinə əlavə edib. O bildirib ki, həbsxanada müxalif qüvvələrin tərkibində vuruşmuş kişiləri elektrik cərəyanına qoşurdular. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...