Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əsədlə ABŞ arasında gizli görüş: üç şərt irəli sürüldü

Görüş zamanı ABŞ Əsədin qarşısına üç şərt qoydu.

Suriyada 2011-ci ildən başlayan daxili müharibə davam edərkən ABŞ prezidenti Donald Trampın və suriyalı həmkarı Bəşər Əsədin nümayəndələri arasında görüş baş tutub.

Din.az xəbər verir ki, bu məlumatı Suriya hökumət nümayəndəsi “Reuters” agentliyinə təsdiqləyib.

Görüş zamanı ABŞ Əsədin qarşısına üç şərt qoyub:

– İran Suriyanın cənubundan tamamilə çəkilməli;

– Əncəbi silahlılarla yanaşı, ölkədəki bütün terror qrupları haqqında məlumat verilməli;

– Suriyanın şərqindəki neft ticarətində ABŞ-a da rol verilməlidir.

Mənbə görüşlərin davam edəcəyini açıqlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...