Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Əsirlərin orqanlarını satan təşkilatlar indi Azərbaycana təzyiq göstərməyə çalışırlar” – Azay Quliyev

“Bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilir”.

“Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışırlar”

Din.az bildirir ki, bu fikirləri millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

A.Quliyev qeyd edib ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərir: “Həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilir. Onlar kimlərdir? Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Hansı ki, bu təşkilat Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq edilməsini tələb edirlər.

Təşkilatların sırasında Sorosun da dəstəklədikləri var. O Soros ki, biz onu 7-8 il öncə qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq. İki ay öncə Avstriya eyni addımı atdı. Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Amma, Azərbaycan bu addımı atanda həmin Azərbaycan-Ai münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bizə irad bildirirdilər. Belə bir həssas məqamda Azərbaycan qarşı aparılan bu kampaniya davam etdirilir. Ancaq, bütün bunlara baxmayaraq Azərbaycan-Aİ arasında münasibətlər inkişaf edəcək və biz qarşımızda duran hədəflərə çatacağıq”. // Moderator.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...