Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏSL İSLAM HANSI ÖLKƏDƏDİR? – TÜRKİYƏDƏ, SƏUDİYYƏ ƏRƏBİSTANINDA, YOXSA İRANDA? –

“Avropa ölkələrinə getdim, müsəlman görmədim, İslam gördüm! Şərq ölkələrinə getdim, müsəlman gördüm, İslam görmədim!”

Bu gün dünyanın diqqət mərkəzində olan, hətta yerindən duran hər kəsin özünü müsəlman və yə İslam ölkəsi adlandırması təəccüb doğurmur. Bir ölkədə islama qarşı ciddi etirazlar baş qaldırırsa, digərində bunun tam əksini, qatı islamçılıq – radikallıq görürük. Biri ibadət edir, digəri ibadət edənin inancını, şəxsiyyətini, hətta miliyyətini təhqir edir. Bütün hallarda özünü müsəlman adlandıran ölkələrin bügünkü vəziyyəti göz qabağındadır. Ortalıqda qalan da, müzakirə olunan da, öldürülən də elə MÜSƏLMANDIR. Səbəb? Bir çoxlarını düşündürdüyü halda, niyə islam ölkələrində yaşayanlar bu sual ətrafında fikirləşmir. Ancaq “müsəlmanam” deyib durur, ölkəsini, həyatını radikal hisslərlə idarə edir?

Bir filosofun fikri ilə izah etsək: “Avropa ölkələrinə getdim, müsəlman görmədim, İslam gördüm! Şərq ölkələrinə getdim, müsəlman gördüm, İslam görmədim!”

Bəs bu gün müsəlmanların pərən-pərən düşdüyü, ölkələrin parçalandığı bir vaxtda əsl İslam hansı ölkədədir?

“Din.az” “A24.az”a istinadən bildirir ki, müzakirəyə çıxartdığı mövzu ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri fikirlərini bölüşüb.

İlahiyyatçı Elşad MİRİ isə məsələyə Allahın insanlara həyat yolu olaraq göndərdiyi Qurandan və müsəlmanların yaşadığı ölkələrin idarəçilik sistemlərindən danışdı:


“İslam ölkələrinin əksəriyyətində və islamın olmadığı ölkələrdə olan biri kimi deyə bilərəm ki, həqiqətən də dünyada belə bir ifadə işlətmək mümkün deyil ki, əsl buddizm, xristianlıq hansı ölkədədir? Əsl demokratiyanın belə özü hansı ölkədədir? Bunlar hamısı nisbi məsələlərdir. Yəni islam dini bu gün Səudiyyə Ərəbistanından çıxsa da, Səudiyyə özü krallıqdır. Amma bu günləri əhalisinin 99 faizi müsəlman olan Türkiyə demokratiya ilə idarə olunur, Azərbaycan demokratiya ilə idarə olunur. Başqa ölkələrdən Birləşmiş Ərəb Əmirlikləri əmirliklə idarə olunur. Yəni hər biri fərqlidir, xristianlıq da həmçinin… Ona görə də birmənalı şəkildə demək olar ki, bu günləri ancaq və ancaq İslam Qurandadır. Yəni ölkələrin necə idarə olunacağı üçün gəlməyib islam. İslam insan üçündür. Çünki biz Qurana baxsaq görərik ki, İslam hansısa üsul idarəsi deyil. Bu, insanın həyat kitabıdır. Quran insana yol göstərən həyat kitabıdır. Digər kitablardan fərqli olaraq həm bu dünya üçün, həm də axirət üçün yol göstərən bir həyat kitabıdır. Bir rəhbər, naviqatordur. Bu gün deyə bilmərsiniz ki, naviqator hansı ölkənin xeyrinə və yaxud da zərərinədir? Əslində naviqatorun işi nədir? Sənə yolu göstərməsidir.

Dünya ölkələrinin dini ilə idarəçilik sistemlərini də müqayisə edən ilahiyyatçı İslamın bir həyat tərzi, həyat yolu olduğunu belə izah etdi:

Allah sənə dini və kitabı ilə yol göstərir. Bir də bunun başqa tərəfi var. Bu günləri biz islam deyəndə sadəcə olaraq həqiqətən Allahın 610-cu ildə Muhamməd Peyğəmbərə göndərdiyi bir kitabı nəzərdə tuturuqsa, burda yanlış edirik. Çünki islam əslində Allahın Quranda da bildirildiyi kimi bütün dinlərin adlarıdır. Çünki bütün dinlər, dediyimiz ifadənin özü belə sonradan ortaya çıxıb. Misal üçün, bu gün dinlərin adlarına baxaq: konfusionizm, zərdüştlük, məcusilik, yəhudilik… Və ya xalqın, şəxslərin adları ilə bağlı olan hinduizm, buddizm və sair. İlk dəfə xristianlıq – “kristian” sözü İsa peyğəmbərdən 3 əsr sonra ortaya çıxıb. Yəni bütün bunların elə bir anlayışı yoxdur.

Bu gün dünyanın ən kasıb ölkələrindən biri olan Banqladeşdə əhalinin 90 faizə yaxın əhalisi müsəlmandır. Bunun başqa tərəfinə baxaq. İnkişaf etməkdə olan ölkələrdən biri olan Türkiyəni, və yaxud inkişaf etmiş ölkə kimi Almaniya ilə Fransanı müqayisə edək. Almaniyada xristianlığın protestantlıq qoludur Fransada isə sekulyar dövlət anlayışına mənsubdur. Yəni bir-birinə qonşu olan ölkələr aralarındakı münasibətə baxın. Digər tərəfdən Amerikanı götürək, tamamilə fərqlidir. Ona görə də bu anlayış nisbidir. Heç kim konkret olaraq deyə bilməz ki, hansı ölkədə daha çox islam yaşanır və ya daha çox hansı ölkə islama uyğundur?!”

İranla Vatikanın adını çəkmək istəməyən ilahiyyatçı, bu kimi ölkələrdə dinlə idarəçilik arasında böyük bir fərqin olduğunu, İranda isə dinin insanlara məcbur edildiyini belə izah etdi:

“Vatikan faktiki olaraq teokratik ölkədir. Ölkənin başında din xadimi durur. Böyük Britaniyada anqlikan kilsəsinə uyğun olaraq din anlayışı var və kilsənin rəhbərliyi də kraliçadır. Və ya İranın özündə… İran bu günləri dini dövlət deyil ki… Dini zorla insanlara tətbiq eləyən bir dövlətdir. Orda yaşayan və səmimi münasibətdə olduğumuz insanlar var ki, onlar həmin rejimdən, insanları dinə bu şəkildə gətirməkdən beziblər. Ona görə də orda iki cür din var: məcburi və insanların yaşamaq istədiyi din. Məcburiyyət o qədər qatıdır ki, insanlar dindən də qaçırlar, soyuyurlar.

Baxın, Peyğəmbərin dövründə “xəlifəlik” deyilən anlayış yox idi. Peyğəmbərə heç vaxt xəlifə deyilməyib. Amma peyğəmbərdən sonra hər nə qədər xəlifə deyirlirsə, bu yanlışdır. Çünki ilk 4 xəlifə kimi təqdim olunan şəxslərin özləri əmirəl-möminin – möminlərin əmiri olaraq qəbul olundu. Amma ondan sonra gələn əməvilərdə xəlifəlik anlayışı ortaya çıxdı. Təsəvvür edin, çox fərqli-fərqli anlayışlardır. Məsələn, islamla bağlı olan Səlcuqlar və ya Osmanlı olsun, orda tamamilə fərqli anlayışlar ortalığa çıxdı, sultan kimi… Yəni bu idarəetməklə deyil. İslam dini Qurandır, Quran da insana yol göstərən bir rəhbərdir, həyat kitabıdır.

Firuzə Alimova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...