Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Əsrin müqaviləsi”ni qəbul etməyəcəyik – Abbas

Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün “Əsrin müqaviləsi” layihəsini irəli sürüb.

Fələstinlilər “Əsrin müqaviləsi” layihəsini heç bir halda qəbul etməyəcək.

Din.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas Qurtuluş Hərəkatının 54-cü ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən deyib.

O, Qəzzada FQH-nin simvolu olan məşəlin yandırılmasına əngəl olan şəxslərin kimliyindən asılı olmayaraq milli sıralardan olmadığını söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün “Əsrin müqaviləsi” layihəsini irəli sürüb. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin dəstəklədiyi layihənin şərtlərinə görə, Fələstin tamamilə Qüdsdən əl çəkməlidir, həmçinin, fələstinlilərin əleyhinə bir sıra müddəlar də qeyd olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...