Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“Əxlaq polisi”ndən imtina edildi

Share Button

Hicablı qadınların təhlükəsizlik məqsədilə yoxlanılması üçün nəzərdə tutulmuş 7 min polisə ehtiyac qalmadı.

İran prezidenti Həsən Ruhani ölkədə təcavüz hallarının qarşısının alınması, hicablı qadınların təhlükəsizlik məqsədilə yoxlanılması üçün nəzərdə tutulmuş 7 min polisə vəzifə verilməsinə qarşı çıxıb.

“Din.az ” “qafqazinfo”ya istinadən xəbər verir ki, Ruhani “əxlaq polisi” kimi tanınan 7 min polisin işə başlamasını tənqid edib.

“Qanunları tətbiq etmək istisna olmaqla xalqın ümumi və şəxsi həyatına müdaxilə etmək haqqımız yoxdur. Xalqa qarşı ilk vəzifəmiz onun şərəf və şəxsiyyətinə hörmət etməkdir. Allah insanlara şərəf bəxş edib və bu şərəf də dindən öncə gəlir”, – deyə prezident söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir