Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Eynicinsli nikahlar əxlaqi tənəzzüldür”

Azərbaycanda Dindarlar eynicinsli nikahlara qarşı çıxdı…

“Dində eynicinsli nikahların olması birmənalı olaraq qəbuledilməzdir”.

“Din.az” xəbər verir ki, bu fikirləri tanınmış ilahiyyatçı Elşad Miri “oxu.az”a bildirib və “din insanın yaradılışı ilə uyğun olmayan məsələləri qəbul etmir” cümləsini xüsusi vurğulayıb.

“Eynicinsli nikahların olması insanın yaradılışı ilə uyğun olmayan məsələdir. Din insanın yaradılışı ilə uyğun olmayan məsələlərin reallaşmasına heç bir şəkildə icazə vermir.

Bunu başqa bir mental dəyərlər ilə əlaqələndirsək görərik ki, buna heç bir şəkildə icazə yoxdur. Dində eynicinsli nikahların olması birmənalı olaraq qəbuledilməzdir. Təsəvvür edin ki, kişi və qadın evlilikləri nikahsız olduğu halda günah hesab edilir. Bu halda eynicinsli nikahlara dində necə icazə verilə bilər?”

E.Miri bildirib ki, eynicinsli nikahlar əxlaqi tənəzzülün nəticəsidir:

“Məsələ ilə bağlı şəxsi fikrimə gəldikdə isə bu addımı qəbuledilməz hesab edirəm. Fikrimcə, bu addım gələcəkdə insan nəslinin, Azərbaycan xalqının gələcək sayının artmasına maneə olacaq. Eynicinsli nikahlar əxlaqi tənəzzülün nəticəsidir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...